Accessibility links

Iraqda iki misirli girov götürülüb - 2004-09-24


Bu dəfə İraqda girov götürülənlər ölkənin tele-kommunikasiyasının yenidənqurmasına çalışan işçilərdir. Daxili İşlər Nazirliyinin bildirdiyinə görə dünən gecə Bağdadda iki misirli mühəndis girov götürülmüşdür. Eyni şirkətin daha 8 işçisi çərşənbə axşamı günü oğurlanmışdı. Bütün bunlarla yanaşı, Bağdadda britaniyalı girov Kennet Biqli ilə bağlı məlumat əldə edilməsi məqsədi ilə 50 000-ə yaxın vərəqə yayılmışdır. Onunla birgə griov götürülən iki amerikalının başı kəsilmişdir. İki italyan qadının taleyi hələ də məlum deyil.

XS
SM
MD
LG