Accessibility links

Amerika təyyarələri Fəllucəyə zərbələr endirib - 2004-09-25


ABŞ hərbi güvvələri bu gün Əbu Müsab Əl-Zərqavinin terror şəbəkəsinin yerləşdiyi İraqın Fəllucə şəhərinə havadan hücuma başlayıb. Hücüm nəticəsində ən azı yeddi nəfər qətlə yetirilib, qadın və uşaqları daxil etməklə, onlarla başqaları yaralanmışdır. Lakin ABŞ-ın hərbi rəsmiləri əməliyyat keçirildiyi nöqtədə mülki vətəndaşların olmasını təsdiq etmirlər.

ABŞ hərbi rəsmiləri bildirmişlər ki, onlar İraqdakı terror şəbəkəsinin rəhbəri Əbu Müsab Əl-Zərqavinin tərəfdarları olan yaraqlıların Fəllucənin mərkəzində görüş nöqtəsi kimi istifadə etdiyi məntəqəyə hücum etmişlər. Rəsmilər tərəfindən verilən hesabata görə, paytaxt Bağdadın gərbindəki Ənbar vilayətində keçirilmiş bir neçə hücüm nəticəsində dörd nəfər ABŞ-ın dəniz piyadası gətlə yetirilib. Hücumlar barədə heç bir əlavə məlumat verilməyib.

İraqın müvəqqəti höküməti və ABŞ-ın rəhbərlik etdiyi koalissiya qüvvələri və yaraqlılar arasında şiddətli döyüşlər ilə tanınan Fəllucə və Ramadi şəhərləri Ənbar vilayətinə daxildirlər. Bağdadda yaraqlılar İraqın milli gvardiyasının daşıyan nəgliyyət vasitəsinə atəş açaraq ən azı beş nəfəri gətlə yetirmişdir. Paytaxtda yerləşən Neft Nazirliyinin əsas binası toplardan açılmış atəşə məruz galmışdır, lakin vurulan zərər böyük olmamışdır.

Baş Nazir İyyad Ələvi, Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında dünənki çıxış etmişdir. O, beynəlxalq içitimayyətə müraciət edərək, müharibəyə məruz galmış ölkəsinin yenidəngurmasına yönəlmiş fəaliyyətində yardım istəmişdir. ABŞ-ın İraqdakı yenidəngurma layihələrinin tezliklə başlanmasına Prezident Buşun dəstəyi gözlənilir.

XS
SM
MD
LG