Accessibility links

Suriyada Həmasın hərbi cinahının lideri qətlə yetirilib - 2004-09-26


Suriya paytaxtında maşına yerləşdirilmiş bomba partlayışı zamanı Həmas militant təşkilatının liderlərindən biri İzzəddin əl-Şeyx Xəlil qətlə yetirilib. Həmasın rəsmilərinin bildirdiyinə görə, təşkilatın hərbi cinahının lideri maşınını işə salarkən ölüb. Təşkilatın üzvləri hücuma görə dərhal İsrail agentlərini gühalandırmışlar. Qəzzada Həmasın liderləri İsrailin xarici ölkələrdə hədəflərinə qarşı cavab hücumları həyata keçiriləcəyi deyilən bəyanatla çıxış ediblər. Bununla belə, Həmasın Livandakı üzvləri belə birnqərarın hələ verilmədiyini bəyan ediblər. İsrail hücumal bağlı şərh verməyib.

XS
SM
MD
LG