Türkiyə qanunvericiləri qanun layihəsini bu gün parlamentin növbədənkənar iclasında qəbul ediblər. Cinayət məcəlləsində islahatlar Avropa Birliyi tərəfindən Türkiyənin quruma qəbul edilməsi haqda müraciətilə bağlı rəsmi danışıqlara başlamaq üçün şərt kimi qoyulmuşdur. İslahatlar paketinə baş nazir Rəcəp Tayyib Ərdoğanın partiyasının mühafizəkar üzvlərinin ailə xəyanətinin cinayət məcəlləsinə əlavə edilməsi haqda təklif daxil edilməyib. Avropa Komissiyası quruma üzvlüklə əlaqədar Türkiyə ilə danışıqların rəsmən nə zaman başlaması haqda qərar vermək üçnü oktyabrın 6-ı iclas keçirəcək. 25 üzvü olan Avropa Birliyinin liderləri isə Türkiyənin müraciəti ilə bağlı növbəti addımların nədən ibarət olacağını müəyyənlşdirmək üçün dekabr ayında görüşməlidirlər.