Accessibility links

T.Bleyer : Iraqın silah proqramına dair məlumatlar yanlış idi - 2004-09-26


Britaniyanın baş naziri Toni Bleyer İraqın silah proqramına dair müharəbədən əvvəlki kəşfiyyatın əksər hissəsinin səhv olduğunu bildirmişdir. Lakin baş nazir Səddam Hüseynin hakimiyyətinə son qoyulmasını düzgün addım adlandırmışdır. Britaniya televiziyasına müsahibəsi zamanı cənab Bleyer kəşfiyyat səhvlərinin məsuliyyətini qəbul etməyə hazır olduğunu, eyni zamanda, İraqa qarşı müharibə qərarından daşınmayacağını bildirmişdir. Baş nazir Bleyer hakim Əmək partiyasının Brayton şəhərində təşkil edilən illik yığıncağında çıxış etmişdir. Yığıncaq İraqda davam edən zorakılıqlara həsr edilmişdir. Son rəy sorğuları Əmək partiyasının nüfuzunu itirdiyini göstərir.

XS
SM
MD
LG