Accessibility links

Amerika tarixində televiziya debatlarının rolu - 2004-09-26


Müasir Amerikanın siyasi tarixində televiziya debatları Noyabrda keçirilən prezident seçkilərinin sonucunu müəyyənləşdirməkdə həlledici rol oynayıb. İlk televiziya debatı 1960-ci ildə Demokrat Con Kennedi və Respublikaçı Riçard Nikson arasında keçirilmişdi. O zaman Kennedinin cavan görünüşü və qətiyyətli pozası televiziyada ona müsbət işıqda göstərməyə kömək etdi. Kennedindən fərqli olaraq vitse-prezident Nikson dizinin ağrısı və ümumiyyətlə pudralanmanın yoxluğu ucbatından debatda zəif tərəf kimi səsləndi.

Bir çox mütəxəssislər inanırlar ki, məhz bu debatlar Con Kennedinin 1960-ci ildə qələbəsinə səbəb oldu. Çünki televiyada debatı izləyənlər arsında keçirilən sorğunun iştirakçıları orada Con Kennedinn üstün gəldiyini hesab etmişdilər.

Bundan sonra ta 1976-cı ilə qədər 16 il müddətində debatlar keçirilmədi. Prezident Cerald Ford və onun Demokrat rəqibi Cimmi Karterin prezidentlik uğrunda yarışı yenidən debatların start götürməsinə rəvac verdi. Həmin il keçirilən 3 hissəli debatların ikincisində Prezident Ford çox böyük səhvə yol verdi. O, Sovet İttifaqının Şərqi Avropada dominatlığını rəddə edərək özünün prezident olduğu müddətdə bunun baş verməyəcəyini bəyan etdi. Halbuki həmin vaxtda Şərqi Avropa tam surətdə Sovetlərin nəzarəti altında idi.

Dörd il sonra 1980-ci ildə Prezident Karterin öz prezidentliyini qorumaq məqamı gələndə keçirilən yeganə debat zamanı Karter Respublikaçı Ronald Reyqnı üstələyə bilmədi. Seçicilər arasında bərabər dəstəyə malik olan tərəflər arasındakı balans bir epizodla Respublikaçı namizədin xeyrinə dəyişdi. Həmin bu debatda Ronald Reyqan üzünü tamaşaçılara tutub retorik sual verdi.

“Siz indi 4 il bundan əvvəlkindəmn daha yaxşımı yaşayırsınız”

Karter hakimiyyəti dövründə həm iqtisadi, həm də beynəlxalq müstəvidə böhran məngənəsində çırpınan Amerikalılar üçün bu sualın cavabı aydın idi. Debatlardan dərhal sonra seçicilər yüksək rəqəmlə Reyqanı dəstəkləməyə başladılar.

Bir orator kimi əlahiddə istedada malik olan Reyqan 1984-cü ildə də öz rəqibi Valter Mondeylin arxasını eyni stillə yerə vurdu. Yaşı 70-i adlamış Reyqandan soruşulanda ki, onun qocalığı prezident kimi fəaliyyətinə necə təsir göstərə bilər, Reyqan dilləndi:

Ümumiyyətlə mən yaş məsləsini bu seçki kampaniyasının əsas predmetinə çevirməyəcəyəm. Mən öz rəqibimin cavanlığını və təcrübəsizliyini siyasi məqsədlər üçün istismar etmək niyyətində deyiləm.

Reyqanın bu yumoristik cavabı hamının yadında qaldı. Valter Mondeyl sonradan etiraf etdi ki, məhz Reyqan o sözləri deyərkən o, anladı kiə artıq seçkilər uduzulub.

Virciniya Universitetinin professoru Larri Sabatonun fikrincə bu il Prezident Buş və Con keri arasında olacaq debatlar böyük əhəmiyyət kəsb edir. Belə ki, seçicilər arasında demək ola ki, bərabər dəstəyə malik olan namizədlərə bu debatlar irəliyə sıcrayış üçün böyük imkanlar yaradacaq. Bəlkə elə bu səbəbdən hazırda Prezident Buşdan azacıq geri qalan Con Kerri debatlara böyük ümidlə baxır.

XS
SM
MD
LG