Accessibility links

İraqda girov götürülən iranlı diplomat azad edilib - 2004-09-27


İrandan alınan xəbərdə deyilir ki, ötən ay Bağdadda girov götürülən iranlı diplomat Firudin Cahani azad edilib. Onun hazırda İranın İraqdakı səfirliyində olduğu bildirilir. Yenicə konsul təyin edilmiş cənab Cahani Kərbəla şəhərində özünü İslam Ordusu adlandıran qrup tərəfindən girov götürülmüşdü. İranın dövlət televiziyası Cahaniyə istinadən bildirib ki, diplomat İranın İraqın daxili işlərinə qarışmaq niyyətində olmadığını müyyən etdikdən sonra azad edilib.

XS
SM
MD
LG