Accessibility links

Şəxsi hüquqları müdafiə edən təşkilat ABŞ-ı tənqid edir - 2004-09-29


Qərargahı Londonda yerləşən şəxsi hüquqları müdafiə təşkilatı Vaşinqtonun xarici vətəndaşlar haqda məlumat toplama və yoxlama sistemini genişləndirmək planlarını tənqid edib. ABŞ-ın təhlükəsizlik orqanlarının rəsmiləri xarici vətəndaşların çoxunun barmaq izlərinin götürülməsini nəzərdə tutan US-VİSİT adlanan proqramı sabahdan daha artıq ölkəyə şamil edəcəklər. Əvvəlki qaydalara əsasən, bu proqrama 27 ölkə daxil edilmişdi. “Privacy İnternational” təşkilatı bildirib ki, proqramda nəzərdə tutulan prosedurlar etibar edilə bilməyən texnoloğiyaya əsaslanır və bu ciddi səhvlərə gətirib çıxarır.

XS
SM
MD
LG