Accessibility links

Hindistanda müdhiş terror aktı baş verib - 2004-10-02


Hindistanın şimal-şərqində baş vermiş partlayış nəticəsində 19 nəfər ölmüş, onlarla adam isə yaralanmışdır. Partlayışlar separatçı münaqişə regionu olan Naqalandda baş verib.

Sərnişinlə dolu dəmiryolu platformasında baş verən birinci partlayış insan bədənlərinin hissələrini göyə sovurdu. Bir neçə dəqiqə sonra yaxınlıqda yerləşən bazarda daha bir bomba partladı. Bazardakı alıcıların əksəriyyəti Hindistan müstəqilliyinin banisi Mahatma Qandinin ad günü münasibətilə keçirilən milli bayramı qeyd etməyə çıxmışdı.

Hücumlar üzərində təhqiqat aparan polisin dediiynə görə indiyə kimi bu kütləvi qətl aktı üçün məsuliyyəti heç kim boynuna götürməyib.

Hər iki partlayış Naqaland vilayətinin mərkəzi ticarət nöqtəsi olan Dimapurşəhərində baş verib. Həmin bu vilayətdə onlara anti-hökumtəci qruplaşma özünə yuva salıb. Onlarda ən irisi , Naqaland Milli Sosialist Şurası uzun müddət regionun Hindistandan müstəqilliyi uğrunda mübarizə aparmışdır.

Həmin bu qrup 1997-ci ildə hökumətlə atəşkəs imzalamışdı. Amma qrupdanqopma fraksiya bu razılaşmaya tərəf deyildi.

Qonşu Assam vilayətində də bir insanın ölümü ilə nəticələnən partlayış baş verib. Ancaq polis bu hücumun Naqaland insidenti ilə əlaqəli olmadığını bildirib.

XS
SM
MD
LG