Accessibility links

Samarra şəhəri Amerika və Iraq ordusunun nəzarətindədir - 2004-10-03


Cümə Axşamından bəri ilk dəfə olaraq İraqın Samarra şəhərinin əhalisi artıq sərbəst küçələrə çıxa bilir. Bundan əvvəl, Amerika və İraq qüvvələrinin şəhərdə yuva salmış bir neçə yüz militanta qarşı birgə əməliyyatı zamanı küçələr bomboş idi.

Hazırda Amerika və İraq qüvvələri qiyam qalasına çevrilmiş Samarra şəhərində qapı-qapı gəzərək militantları axtarmaqdadırlar. Birləşmiş Ştatlar hərbi rəsmilərinin bildirdiyinə görə Samarranin qiyamçılardan təmizlənməsi əlavə bir neçə gün vaxt aparacaq. Amma hazırda 200 min əhalisi olan şəhər Amerika və İraq hökumət qüvvələrinin nəzarəti altındadır.

Cümə günü ertən 3 min Amerika və 2 min İraq əsgəri bir neçə yüz militantın hökmranlıq etdiyi Samarraya birgə hücum ediblər. Amerika hərbi rəsmilərinin verdiyi məlumata əsasən əməliyyatlar nəticəsində 120 qiyamçı öldürülmüş və onlarla başqaları həbs edilmişdir. Amerika rəsmiləri bu gün Samarranin mərkəzi hospitalına gedən yolu açmışlar ki, ölənlərin qohumları onların cənazələrini götürə bilsinlər.

Hospital işçilərinin dediyinə görə 2 günlük döyüşlər zamanı 40 mülki vətəndaş həlak olub. Koalisiya nümayəndələri mülki vətəndaşların həlak olduğunu etiraf etsələr də, ölənlərin əksəriyyətinin qiyamçı olduğunu bildirirlər.

İraq Daxili İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi Amerika-İraq birgə hərbi səylərini alqışlayaraq onları müvəqqəti hökumətin ölkədə seçkilərdən qabaq təhlükəsizlik atmosferinin yaradılmasında mühüm addım adlandırmışdır. Həmin nümayədnə həmçinin bildirmişdir ki, məşğul olunasıyerlərdən biri də Bağdadın qərbindəki Falluca şəhəridir.

XS
SM
MD
LG