Accessibility links

AB Rusiya ilə bağlı narahatlığını bildirir - 2004-10-05


Avropa Birliyinin xarici əlaqələr komitəsinin gələcək sədri Benita Ferrero Valdner Rusiyanın demokratik inkişaflardan yayındığını bildirmiş və məsələ ilə əlaqədar Rusiya liderləri ilə danışıqlara, habelə Avropa Birliyi ilə ABŞ münasibətlərinin yaxşılaşdırılmasına çağırmışdır. Avropa Birliyinin yüksək səlahiyyətli nümayəndəsi xanım Valdner Avropa Parlamentinin Brüssel yığıncağında müxtəlif məsələlərə toxunmuşdu. Rusiyaya gəldikdə isə o, məsələyə ciddi münasibət göstərəcəyini bildirmişdir. “Biz Rusiya ilə heç nəyi kənara qoymadan, açıq və səmimi dilaoq aparacağıq”- deyə o bildirmişdir. Xanım Valdner demişdir ki, o, Rusya prezidenti Vladimir Putinlə Çeçen separatistlərinə qarşı mübarziə məsələsini müzakirə etmişdir. Moskva onların törətdikləri terror aksiyalarının açı nəticələri ilə üzləşmişdir. Benita Ferrero Valdner demişdir ki, Rusiya eyni zamanda insan hüquuqlarına hörmət göstərməlidir. Yalnız bu halqda demokratiya güclü kök sala bilər. Xanım Valdner Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının əlaqələrindən də danışmış, İraq müharibəsinə görə bunların çətin münasibətlər dövrü yaşadığını bildirmiş, bərabər işləməyin zəruriliyini vurğulamışdır. Xanım Valdner Avropa Birliyinin BMT-nin Təhlükəszilik Şurasında daimi yer alacağını söyləmişdir.

XS
SM
MD
LG