Accessibility links

ABŞ qüvvələri Mosulda hücuma məruz qalıb - 2004-10-05


Şahidlərin dediyinə görə İraqın Mosul şəhərində Amerikanın hərbi maşın karvanı hücuma məruz qalıb.Şahidlər Amerikanın hərbi maşınlarının keçdiyi vaxt yaxında dayanmış bir maşının partladığını deyirlər. Amerika əsgərlərinin hücuma cavabı nəticəsində 3 iraqlının həlak olduğu bildirilir. Assoşieyted Press Amerika qüvvələrinin nümayəndəsinə istinadən bildirib ki, hadisə zamanı 4 əsgər yaralanıb. Mosulun digər bir bölgəsində daha üç başsız cəsəd aşkar edilib. Dünən isə Kəkük şəhərində iraqlı bir kişinin başsız cəsədi tapılmışdı. Bağdadın cənubundakı Ramadi şəhərində də Amerikanın hərbi maşınlarına hücum edilmişdir. Hadisənin 2 mülki vətəndaşın ölümü ilə nəticələndiyi xəbər verilir. Bu arada, Amerikanın İraqdakı keçmiş administratoru Pol Bremer Amerikanın İraqa kifayət qədər əsgər yerləşdirməməsinin ona baha başa gəldiyini deyib. Dünənki çıxışı zamanı o, qüvvələrin çatışmazlığının talançılıq, zorakılıq və qanunsuzluq atmosferinin yaranmasına yol açdığını bildirib. Bu gün isə Amerikanın müdafiə naziri Donald Ramsfild deyib ki, onun Əl-Qaidə və Səddam Hüseyn arasında əlaqə olduğuna dair əyani sübut olamdığını söyləməsi düz başa düşülməyib. Cənab Ramsfeld 2002-ci ilin sentyabr ayından əlaqələrin mövcudluğundan əmin olduğunu bildirib.

XS
SM
MD
LG