Accessibility links

Türkiyə AB üzvlük müzakirələrinə hazırlaşır - 2004-10-06


Türkiyənin xarici işlər naziri Abdulla Gül Avropa Komissiyasının Türkiyənin Avropa Birliyinə üzvlük danışıqlarına başlaması çağırışını alqışlamışdır. O, bu qərarı Avropa və Türkiyə üçün tarixi bir addım kimi qiymətləndirmişdir. Avropa Komissiyası bu təklifi bu gün Brüsseldə vermişdir. Görüşdən əvvəl Avropa Birliyinin nümayəndələri bildirmişdilər ki, danışqılar Türkiyənin demokratik və insan hüquqları islahatlarını həyata keçirmədiyi təqdirdə baş tutmaya bilər.

XS
SM
MD
LG