Çeçenistanın yeni Kreml tərəfdarı prezidenti Alu Alxanov respublikada bəzi inkişafların müşahidə edildiyini bildirib. Avropa Şurasının yığıncağında çıxış edən cənab Alxanov Çeçenistanda ötən illə müqayisədə adam oğurluğunun xeyli dərəcədə azaldığını deyib. Çeçenistan prezidenti 2003-cü ildə 507 adamın, bu il isə 129 adamın oğurlandığının qeydə alındığını bildirib. 45 üzvlü Avropa Şurası Çeçenistanda insan hüquqları vəziyyətini fəlakətli təsvir edən hesabatları araşdırır.