Accessibility links

Keniyalı Vanqari Maati 2004-cü il Nobel Sülh mükafatının laureatı oldu - 2004-10-08


Vanqari Maati on illərdir Afrikanın azalmaqda olan meşələrinin qorunması məsələsilə məşğul olur. Vanqari Maati Nobel mükafatı almış ilk afrikalı qadındır. Nobel mükafatlarını təqdim edən komissiya xanım Maatinin Afrika qitəsində sülh və daha yaxşı həyat səviyyəsini təbliğ edən ən güclü səsə malik bir insan olduğunu demişdir. Nobel mükafatı kimi prestijli mükafata layiq görülməsini xanım Maati böyük həyəcanla qaşılamışdır. Vanqari Maati Keniyada yaşadığı Nyeri şəhərindən Amerikanın Səsinə müsahibə vermişdir. “Çox həyəcanlıyam. Çox xoşbəxtəm və mənimlə bu yolu keçən insanların hamısını yüksək qiymətləndirirəm.”

64 yaşlı Vanqari Maati üçün bu, həqiqətən çətin yol olub. O, 30 il bundan əvvəl Keniyada Yaşıl Qurşaq hərəkatını yaratmışdır. Xanım Maatini əsas məqsədi yerli icmaları tikinti işləri aparan torpaq sahiblərinin, habelə meşələri qırıb ağaclardan yanacaq kimi istifadə edən əhalinin təhlükə altında qoyduğu meşələrin qorunması işinə cəlb etmək olmuşdur. Hərəkat fəaliyyətə başlayandan 30 milyon ağaca əkilmişdir. 1989-cu ildə Vanqari maatinin fəallığı Keniya prezidenti Daniyel arap Moininin qəzəbinə səbəb olmuşdur. Xanım Maati Nayrobinin yeganə yaşıl parkında göydələn ucaltmaq və özünə altı mərtəbə hündürlüyündə heykəl qoymaq istəyən prezidentlə mübahisə etmişdi. Bu hadisələrdən on il sonra Vanqari Maati yenidən prezident Moi ilə yenidən gərgin mübarizəyə başladı. Bu dəfə mübahisəyə səbəb prezidentin dəstəklədiyi Nayrobinin min hektarlıq Karura meşəsində lüks binaların inşası olmuşdur. Buldozerlərin işinə mane olmaq üçün keçirilən etiraz aksiyası zamanı deyildiyinə görə, prezident Moi tərəfindən göndərilmiş 200-dən artıq kişi nümayişçilərə qamçı və dəyənəklə hücum etdiyi vaxt Vanqari Maati başından ağır yaralanmışdır. Vanqari Maati polisə yazdığı şikayəti öz qanı ilə imzamlamışdı. 2002-ci ildə Milli Göyqurşağı koalisiyası Deniyel arap Moinin 24 illik prezidentliyinə son qoydu. Yeni prezident Mvayi Kibaki Vanqari Maatini Keniyanın ətraf mühit, millli sərvətlər və meşə nazirinin müavini vəzifəsinə təyin etdi. Fəaliyyət göstəridyi bu illər ərzində ilk dəfə olaraq, Vanqari Maati hökumət əleyhinə deyil, onun tərəfində oldu. Xanım Maatiyə görə, ətraf mühitin qorunması ilə insan hüquqlarının müdafiəsi arasında əlaqə var. “Bu artıq bəllidir ki, təbii sərvətlərin idarə olunması sülh işi üçün olduqca böyük əhəmiyət kəsb edir. Biz müharibələrin çoxunun təbii sərvətlərə görə aparıldığının şahidiyik. Təbiəti qorumaq işi yaxşı təşkil olunmadıqda bizim hamımızın həyatı təhlükə qarşısında qalır.” Nobel sülh mükafatı ilə yanaşı, Vanqari Maati 1.3 mioyon dollar məbləğində pul mükafatı da alacaq. O bu pul mükafatının ətraf mühutin qorunması işinə necə sərf olunması haqda düşünür.

XS
SM
MD
LG