Accessibility links

Prezident seçkilərinin qanuniliyi sual altındadır - 2004-10-09


Əfgan xalqı tarixlərində ilk prezident seçkisini bayram edir. Lakin Amerikanın səsinin müxbiri Maykl Kitçenin Kabildən verdiyi xəbərə görə, müvəqqəti Prezident Həmid Karzainin rəqibləri seçki prosedurunda pozuntuların baş verdiyini iddia edərək səsverməni qeyri-qanuni bəyan edirlər. Seçkilərə garşı çıxış edən yaraqlılar tərəfindən gözlənilən zorakılıqlara baxmayaraq Əfganıstandakı seçkilərin ilkin saatları sakit şəraitdə keçir. Lakin müvəggəti Prezident Həmid Karzainin 15 seçki rəgibi seçkilərin ganuniliyini sual altına goymuşlar. Buna səbəblərdən biri, bir seçicinin bir neçə dəfə səs verməsinə garşı hazırlanan planda buraxılan səhvlərdir. Hazırlanmış plana görə səs verən seçicilərin baş barmaqları yuyulmayan mürəkkəb ilə nişanlanmalı idi. Lakin bir neçə məntəgədə nişanlama adi yuyulan mürəkkəblə aparılmışdır. Əbdül Səttar Serat özünün və başqa 14 namizədin adından danışaraq demişdir ki, seçkilər dayandırılmalıdır. Seçki nümayəndəsi pozuntuların məhdud olduğunu demişdir. Lakin eyni zamanda o bildirmişdir ki, seçki məntəgələri bağlandıqdan sonra iclas keçiriləcək və problemin ciddiliyi, yeni seçkilər keçirilməsinə ehtiyac məsələsi müzakirə olunacaq. Müxalifət nümayəndələrinin iddialarına cavab verən Həmid Karzai onların əsassız olduğunu demişdir. Cənab Karzai deyib ki, seçkilərin yenidən keçirilməsinə lüzum yoxdur, çünki seçkilərdə artıq milyonlarla adam əziyyətə qatlaşaraq iştirak edib. O əlavə edib ki, sonda xalqın iradəsi qalib gələcək.

XS
SM
MD
LG