Accessibility links

Con Kerri İrana qarşı sərt mövqe tutacağını bildirib - 2004-10-09


Prezidentliyə namizəd Con Kerri İranın nüvə silahları əldə etməyə can atmasını təhlükəli hal kimi qiymətləndirərək həmin ölkəyə qarşı sərt mövqe tutacağını bəyan etmişdir. Dünən keçirilən debatda cənab Kerri Prezident Buşu İraqa başı qarışaraq İranı nəzərdən qaçırmaqda ittiham edib. Demokrat namizəd deyib ki, o, bu yönümdə təkcə beynəlxalq sanksiyalara arxalanmaq fikrində deyil və əlindən gələni edəcək ki, İran nüvə silahı əldə etməsin. Respublikaçı namizəd cənab Kerri ilə bu mövzuda razılaşdığını bildirərək, Avropalıların köməyi ilə Tehranı öz nüvə ambisiyalarından daşındırmağa çalışacağını vurğulayıb. İran rəsmiləri öz nüvə proqramlarının sülhpərvər məqsəd daşıdığını bəyan edirlər.

XS
SM
MD
LG