Accessibility links

Mehdi ordusunun özünü tərk-silah edəcəyi bildirilir - 2004-10-09


Radikal Şiə ruhanisi Moqtada Əl-Sədrin yüksək səviyyəli müşaviri bildirib ki, Bazar ertəsindən başlayaraq Mehdi ordusu özünü tərk-silah edəcək. Bu razılıq müvəqqəti İraq hökuməti və Amerika rəsmiləri ilə aparılan danışıqlar nəticəsində əldə edilib. Sədrin müşavirinin dediyinə görə döyüşçülər öz silahlarını İraq polisinə təhvil verəcəklər ki, qoy Bağdadın Sədr rayonunda sülh və yenidənqurma işləri bərpa edilsin. Amma militantlar bir təşkilat kimi dağılışmaqdan imtina ediblər. Bunun əvəzində Birləşmiş Ştatlar hərbi qüvvələri ərazidə hərbi əməliyyatları dayandıracağına söz verib. Xatırladaq ki, keçmişdə Moqtada əl-Sədr müvəqqəti hökumətlə belə razılaşmalara gəlsə də, sonradan onları pozub. Bu arada Birləşmiş Ştatlar hərbi nümayəndəsi Səddam Hüseynin yaxın müşaviri Tariq Əzizin məhbəsdə ölməsi haqda Rus və Ərəb mediyasının yaydığı məlumatları təkzib edib.

XS
SM
MD
LG