Accessibility links

Rusiyanın xarici işlər naziri İranın müfəttişlərlə əməkdaşlıq edəcəyini gözləyir - 2004-10-10


Tehranda olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın nüvə silahlarının yayılmaması haqda qlobal razılığa və Beynəlxalq Atom Enerjisi agentliyinin tələblərinə əməl etməli olduğunu deyib. Rusiya xarici işlər naziri İranın yeni nüvə elektrik stansiyasının planlaşdırıldığı kimi, yanacaqla təmin edilməsi məsələsini müzakirə edir. Bununla belə, Frans press agentliyi cənab Lavrova istinadən xəbər verib ki, Rusiya nüvə proqramlarına görə İranın məsələsinin sanksiyalar üçün BMT-nin Təhlükəsizlik Şurasına ötürülməsinin əleyhinədir. Frans Pressin verdiyi məlumata görə, Sergey Lavrov bunun “tələsik və qeyri-produktiv” addım olacağını deyib. Beynəlxalq Atom Enerjisi agentliyi zənginləşdirilmiş uran proqramını dayandırması üçün İrana noyabrın 25-ə qədər son möhlət verib.

XS
SM
MD
LG