İsveç kral akademiyası iqtisadi elmlər üzrə 2004-cü il Nobel mükafatını iqtisadi siyasətin ardıcıllığının və dünya iqtisadi siklinin hərəkətverici qüvvəsinin nmüəyyənləşdirilməsi sahəsində işlərinə görə norveçli Finn Kidland və amerikalı Edvard Preskotta verib. Nobel mükfatları komitəsinin əsasnaməsində deyilir ki, iki alim təkcə makroiqtisadi analiz deyil, bu sahələrdə olduqca böyük tədqiqat apararaq, dünyanın bir çox ölkəsində maliyyə və büdcə siyasətinin praktikasına yardım göstərərək elmi zənginləşdiriblər. Finn Kidland Pensilveniya ştatının Pitsburq şəhərinin Karneqi Melon universiteində dərs deyir, Edvard Preskot isə Arizona ştatının universitetində çalışır. Edvard Preskot bu il Nobel mükafatına layiq görülmüş beşinci amerikalıdır.