Accessibility links

Rusiya Prezidenti Putin yeni anti-terror elçisi təyin edib - 2004-10-12


Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir və diplomat Anatoli Safonovu terrorçuluğa qarşı mübarizə sahəsində elçi təyin edib. Prezident idarəsinin bu gün açıqladığı məlumata görə cənab Safonov terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə Rusiyanın beynəlxalq təmsiliçisi olacaq. Cənab Safonov bir vaxtlar Sovet DTK-sındaç sonrada isə post-Sovet Federal Təhlükəsizlik Xidmətində fəaliyyət göstərib. O, həmçinin 2001-ci ildən bu ilin əvvəlinə qədər Xarici İşlər Nazirinin müavini idi. Başqa xəbərdə, ölkənin baş naziri Mixail Fradkov Rus hökumətinin anti-terror ölçülərinə 103 milyona dollar pul ayıracağını bəyan edib. Amma pulun konkret hansı tədbirlərə xərclənəcəyi məlum deyil.

XS
SM
MD
LG