Accessibility links

Rumıniyada NATO-nun müdafiə nazirlərinin  yığıncağı keçirilir  - 2004-10-13


Poina Brasov şəhərində keçirilən iki günlük qeyri-rəsmi yığıncağı açıq elan edən NATO-nun baş katibi Jaap De Hup Şeffer demişdir ki, müttəfiqərin böhran qüvvəsi onların əməliyyat qabiliyyətinin əsasıdır. 17 500 əsgərdən ibarət qüvvənin məqsədi vəziyyətlərə təcili və çevik cavab verməkdir. ABŞ NATO-ya Əfqanıstandakı rolunun genişləndirilməsi ilə bağlı təzyiq göstərir. Yığıncaqdan əvvəl Amerika rəsmiləri NATO-nun fevral ayınadək Amerikanın Əfqanıstanda başçılıq etdiyi əməliyyatlarla bağlı plan irəli sürməsinin vacibliyini bildirmidi. NATO-nun hazırda 9000-lik əsgəri qüvvəsi yerləşdirilib. Lakin Almaniya Əfqanıstandakı qüvvələrin 4-də birini təşkil edən NATO-ya sülhməramlı və döyüş əməliyyatlarının həvalə edilməsinin əleyhinə çıxış etmişdir. Belə ki, qüvvələrin rolu konstitusiyaya əsasən Almaniya parlamenti tərəfindən müəyyən edilməlidir. Lakin NATO nümayəndələri ortaq razılığa gəlinəcəyinə ümid edir. NATO bir komanda altında vahid qüvvələr fikrini irəli sürür. Lakin bu qüvvələrin iki- öyüş və NATO-nun hazırkı rolu, sülhməramlı əməliyyatlar arasında bölünməsi təklif edilir. Yığıncağın gündəliyində yer alan digər bir məsələ sentyabrın 11-i terror aksiyalarından sonra NATO müttəfiqlərinin əməliyyatlarda rolunun genişləndirilməsi,daha artıq qüvvələr və hərbi təhcizatla təmin edilməsidir. Nazirlər NATO-nun İraqda təlim missiyası və Kosovoda qarşıdan gələn seçkilərin təhlükəszliyinin təminat altına alınması məsələlərini də müzakirə edəcəklər.

XS
SM
MD
LG