Bağdadda 5 xristian kilsəsi hücuma məruz qalıb. Hücumların müsəlman və xristianlar arasında təriqət münaqişəsi yaradılması məqsədi daşıdığı güman edilir. İraq rəsmilərinin bildirdiyinə görə hücumlar zamanı heç kim xəsarət almamış, lakin kilsələrə böyük ziyan dəymişdir. İraq əhalisinin 25 milyonunu xristianlar təşkil edir. Avqust ayında kilsələrlə qarşı hücumlar nəticəsində 15 adam həlak olmuşdu. Bu gün Bağdadda xəstəxana və mehmanxanaya raket və minomyotla hücum edilmiş, bir xəstəxana işçisi öldürülmüşdür.