Accessibility links

Londonda Rusiyadan gəlmiş 2 siyasi qaçqına hücum edilib  - 2004-10-16


Rusiyadan Britaniyaya pənah gətirmiş iki siyasi qaçqının Londondakı evlərinə bomba atılmışdır. Londondan və Moskvadan daxil olan məlumata görə Cümə gününün hücumları Çeçen hərəkatının nümayəndəsi Əhməd Zakayev və Rusiya xüsusi xidmət idarəsinin keçmiş agenti Aleksandr Litvinenkonun evinə ciddi zərər vurmayıb. Bu gün Moskvada, Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəsmisi onun təşkilatının bu terror hadisəsində rolu olmadığını bildirib. Onun dediyinə görə bu işdə terror hücumu nəticəsində ölənlərin qohumlarının əli ola bilər. Xatırladaq ki, cənab Zakayev Çeçen lideri Aslan Məshədovun Qərbdəki nümayəndəsi hesab olunur. Cənab Litvinenko isə Rusiya Federal Kəşfiyyat İdarəsinin Prezident Putinin siyasi rəqibi Boris Berezyovkini öldürmək barədə planının üstünü açıqladığına görə Britaniyaya qaçaraq orada siyasi sığınacaq alıb.

XS
SM
MD
LG