Accessibility links

Belarusiyada parlament seçkiləri keçirilir - 2004-10-17


Bu gün Belarusiyada parlament seçkiləri keçirilir. Bill Gasperini Moskvadan bildirir ki, bu gün həm də prezident Aleksandr Lukaşenkonun üçüncü dəfə prezident seçkilərində iştirakı üçün Konstitusiyada dəyişikliklər edilməsi üçün referendum keçirilir. Hal-hazırda keçmiş Sovet respublikasının qanunvericiliyinə əsasən prezidentlər 5 il müddətinə iki dəfə seçilə bilər. Cənab Lukaşenko indi konstitusiyaya prezidentin istənilən müddət seçilməsinə yol açan düzəliş edilməsini istəyir. Bunun üçün ona seçicilərin 50%-nin səsi kifayətdir. Seçkilərin rəsmən bu gün başlamasına baxmayaraq, hələ keçən həftənin çərşənbə axşamı günündən seçicilərə səsvermə imkanı verilmişdi. Belarusiya insan haqları və demokratik islahatlar sahəsində ciddi tənqidlərə məruz qalır. Birləşmiş Ştatlar və Avropa Birliyi artıq seçkilər barədə öz narahatlıqlarını bildlrib. Keçən həftə Birləşmiş Ştatların Dövlət Departamenti Belarusiyada seçkilərin beynəlxalq standartlara uyğun keçiriləcəyinə şübhə etdiyini , Belarusiya hökumətinin insan hüquqları və demokratiya sahəsində davamlı pozuntulara yol verdiyini bildirmişdi. Bu iddiaları rədd edən cənab Lukaşenko ölkəsinə xaricdən edilən müdaxilələri tənqid edir.

XS
SM
MD
LG