İordaniyada keçirilən təlim kurslarından vətənə gayıdan 9 nəfər iraqlı polis Bağdadın cənubunda pusqu nəticəsində qətlə yetirilib. Kərbəla polisinin nümayəndəsi bildirmişdir ki, polisləri aparan mikro avtobus dünən axşam Lətifiyyə şəhərinin yaxınlığında hücuma məruz galıb. O, deyib ki, hücum edənləri ələ keçirmək mümkün olmayıb. Digər bir xəbərdə bildlrilir ki, Bağdad yaxınlılığındakı Sədr şəhərində stadionda saxlanılan silah anbarının toplardan atəşə məruz qalması nəticəsində ən azı iki nəfər öldürülüb, altı nəfər isə yaralanmişdır. Eyni zamanda ABŞ-ın hərbi təyyəarələri və amerika əsqərləri Fəllucə şəhərində yaraqlıların məskunlaşdığı təxmin edilən yerlərə zərbələr edirirlər. Xəstəxana rəsmisinin məlumatına görə döyüş nəticəsində üç nəfər gətlə yetirilib.