Accessibility links

Azərbaycanın Dövlət Müstəqilliyi günüdür - 2004-10-18


Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktybarın 18-də qəbul edilib. Azərbaycan keçmiş SSRİ-yə daxil olan ölkələrdən dövlət miüstəqilliyini elan edən ilk respublikalardın biri olub. Ölkədə ağır ictimai-siyasi durum hökm sürürdü. Hələ 1990-cı ilin yanvarnda keçmiş SSRİ ordusu Bakıda dinc insanaları qətlə yetirmişdi. Paytaxtda uzunmüddətli fövqəladə vəziyyət rejimi hökm sürürdü. İnsanların sərbəst toprlaşmaq azadlığı ləğv edilmiş, yeganə siyasi təşkilat olan Xalq Cəbhəsinin fəaliyyəti dayandırılmışdı. İlk qaranquşlar hesab edilən azad mətbuat orqanlarının üzərində ciddi senzura hökm sürürdü. Eyni zamanda, 1988-ci ildən başlanan Dağlıq Qarabağ problemi artıq silahlı qarşıdurma səviyyəsinə çatmışdı. Azərbaycana Ermənistandan bir neçə yüz min azərbaycanlı, Özbəkistandan isə 30 mindən çox ahsıka türkü qaçqın gəlmişdi.

XS
SM
MD
LG