Accessibility links

Pakistan yenidən dini terrorizmə qarşı qanunu sərtləşdirib - 2004-10-19


Yeni qanuna əsasən din adı altında və ya din əleyhinə terrorizmdə günahlandırılan şəxslər ömürboyu həbs cəzası ilə üzləşəcək. Bundan əlavə, qanun dini terrorizmdə şübhələnilənlərin parsportlarının əllərindən alınmasını da nəzərdə tutur. Dünən parlamentin Aşağı Palatası tərəfindən qəbul edilən sənədin Yuxarı Palata tərəfindən təsdiqi formal mahiyyət dayışayacaq. Pakistan son vaxtlar şünnü və şiə ekstremistlərin təriqət zorakılqılarına səhnə olub. Qanun parlamentin müxalifət üzvləri tərəfindən qəbul edilmir. Keçən həftə prezident Müşərrəfin ikinci dəfə baş hərbi komandan vəfizəsini əlində saxlamasına yol açan qanunun təsdiqindən sonra müxalifət boykot elan etmişdi. Müxalifət partiyaları prezident Müşərrəfin ikili hakimiyyətinin ona əlavə qüdrət verməsi, hökumətin faktiki olaraq hərbiləşdirilməsi kimi qiymətləndirilər. Müxalifət nümayəndələri birləşmiş cəbhə yaratmaqla prezidentə qarşı mübarziələrini gücləndirməyə çalışacaqlarını bəyan ediblər.

XS
SM
MD
LG