Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Fransaya etdiyi səfərinin ikinci günündə Fransa siyasi xadimlərinə xəbərdarlıq etmişdir ki, Türkiyənin Avropa Birliyinə qoşulması məsələsindən daxili siyasətdə xal yığmaq üçün istifadə etməsinlər. Fransanın siyasiləri Türkiyənin Avropa birliyinə qəbulu məsələsində ikiyə ayrılmışlar. Fransa prezidenti Jak Şirak və Avropa birliyinin digər liderləri dekabr ayında keçirəcəkləri zirvə görüşündə Türkiyə ilə üzvlük danışıqlarına başlayıb başlamama məsələsində qərar qəbul edəcəklər