Accessibility links

İndiana Ştatının  Blumington şəhərində  təşkil edilən  İran Azərbaycanına  həsr edilmiş konfrans - 2004-10-21


İndiana Ştatının Blumington şəhərində təşkil edilən İran Azərbaycanına həsr edilmiş konfransda, Güney Azərbaycan barədə müxtəlif mövzular müzakirə edilmişdir. Belə mövzuların siyahısına İranda Azərbaycan ədəbiyyatı və Azərbaycanlı yazıçıların İran ədəbiyyatındakı yeri, İranda insan hüquqları və federal bir system yaranması persfektivləri kimi məsələlər daxildir. Konfransda çıxış edən Varlıq Jurnalının naşiri, Türkolog Dokdor Cavad Heyyət İranda Azərbaycan dilinin inkişafı mərhələləri haqqında danışmışdır. Dokdor Javad Heyyət İranda, Pəhləvi hakimiyyəti dövründə Azərbaycan dilində nəşriyata icazə verilmədiyini İslam inqilabından sonra varlıq jurnalını nəşr etməyə başladıqlarını bu jurnalda Azərbaycan dilinin gramatikası və ədəbiyyat tarixi barədə seriyalı məqalələr dərc etdiklərini bunun da iranda Azərbaycan Türkçəsinin inkişafına kömək etdiyini söyləmişdir. Cavad Heyyət demişdir ki, İranda Azərbaycan dilində nəşr olunan digər jurnallar bağlansa da varlıq jurnalı fəaliyyətinə davam etmiş, bir məktəb vəzifəsini yerinə yetirərək İranda yazı dilimizin formalaşmasını təmin etmişdir.

XS
SM
MD
LG