Accessibility links

Yaponiyada güclü zəlzələ baş verib - 2004-10-23


Yaponiyadan gələn xəbərlərə görə həmin ölkənin şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində ölənlər və yaralananlar var. Yaponiya Meteoroloji Agentliyinin bildirdiyinə görə Rixter şkalasına əsasən 6,8 bal gücündə olan zəlzələ Tokyodan 200 kilometr şimalda baş vermişdir. Birinci təkan bu gün axşama yaxın baş vermiş və onun ardınca bir neçə güclü təkanlar Tokyonun hündür binalarını titrətmişdir. Lakin Tokyodan 250 km şimalda yerləşən Niiqata bölgəsində titrəyişlər daha çox olmuşdur. Yaponiyanın Meteoroloji Agentliyinin nümayəndəsi Masahiro Yamamoto müxbirlərə demişdir ki, yer titrəyişi baxımından bu zəlzələ müasir tarixdə Niiaqatada baş vermiş ən güclüsüdür. Cənab Yamomoto birinci təkandan sonra Niiqata bölgəsidə baş verə biləcək güclü təkanların daha çox zərər verə biləcəyindən narahatlığını ifadə edib. Buna görə də, onun fikrincə, insanlar təhlükəsizlik tədbirləri görməlidir. Birinci təkannın gücü Tokyodan Niiqataya gedən iki maşını və yüksək sürətli qatarı yoldan çıxarmişdır. Verilən xəbərlərə görə bu hadısələrdə ciddi zədə alan olmayıb. Bundan əlavə təkan nəticəsində yüksək sürətli yolla gedən digər beş maşın da qəzaya uğramışdır. Niiqata rəsmiləri bəzi evlərin uçdugunu bildirirlər. Niiaqata bölgəsindəki Tokamaçi şəhərinin rəsmisi Katsuyoşi Takahaşi deyir ki, xilasetmə məqsədi ilə yeraltı axtarışlar aparılır. O, elektrik cərəyanının kəsilməsi nəticəsində zəlzələnin vurduğu ziyanı və yaralanaların sayını müəyyənləşdirməyin mümkün olmadığını deyib. Təkanlar nəticəsində həmçinin telefon xətləri, svetaforlar və çoxsaylı su kəmərləri sıradan çıxmışdır.

XS
SM
MD
LG