Accessibility links

Prezident Buş Kerrinin düşüncə tərzini "təhlükəli" adlandırıb - 2004-10-23


Bu gün həftəlik radiomüraciətində prezident Corc Buş qanunvericiləri tezliklə Milli Kəşfiyyat İdarəsinin yaradılğmasını nəzərdə tutan qanunu qəbul etməyə səsləmişdir. Onun fikrincə bu idarənin yaranması Amerika kəşfiyyat agentliklərinin işini daha effektiv edərdi. Fürsətdən istifadə edərək prezident öz seçki rəqibi Con Kerrini terrora qarşı müharibəni başa düşməməkdə suçlayaraq onun düşüncə tərzini “təhlükəli” adlandırmışdır. Öz növbəsində bu gün radio ilə Demokratların cavab müraciətində Con Kerri prezident seçilərsə qadın və kişilərin maaşları arasında bərabərlik yaradacağını bəyan etmişdir. O, həmçinin minimum əmək haqqını hazırda saata 5 dollar 15 sentdən, 7 dollara qaldıracağına söz verib. Onun dediyinə görə bu addım 9.2 milyon insanın rifahını yaxşılaşdıracaq.

XS
SM
MD
LG