Accessibility links

Bağdadda ilk Amerika diplomatı qətlə yetirilib - 2004-10-24


Birləşmiş Ştatların Dövlət Departamentinin bildirdiyinə görə bir Amerika diplomatı Bağdad aeroportunun yaxınlığında hücuma məruz qalaraq qətlə yetirilmişdir. Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauelin bəyanatında bilrilir ki, Ed Seitz adlı həmin şəxs Birləşmiş Ştatların Bağdaddakı səfirliyində regional təhlükəsizlik məsələləri şöbəsinin rəisinin köməkçisi idi. Cənab Seitz Birləşmiş Ştatlar ordusunun Səddam Hüseyn rejimini devirməsindən sonra öldürülən ilk Amerika diplomatıdır. Amerika rəsmiləri eləcə də bildirirlər ki, bü gün səhər Qələbə Düşərgəsi adlanan məntəqədə bir Amerika əsgəri qətlə yetirilib. Başqa bir xəbərdə isə bildlrilir ki, yaraqlılar tərəfindən girov götürülən 7 yaşlı livanlı oğlanın azad edilməsi üçün girovdarlar 150 min dollar tələb etmişlər. Livan rəsmiləri bildirirlər ki, atası artıq 30 ildir İraqda yaşayan Məhəmməd Həmədi iki gün əvvəl Bağdadda məktəbdən qayıdarkən girov götürülmüşdür. Hadisənin məsuliyyətini hələ üzərinə götürən yoxdur.

XS
SM
MD
LG