Accessibility links

"Dünyanın ən təhlükəli terrorçusu"nun qardaşı ələ keçirilib - 2004-10-26


İndoneziya məhkəməsi Cənubi Asiyanın ən təhlükəli terroristinin qardaşını 4 il müddətinə azadlıqdan məhrum edib. Rusman Qunavan adlı bu şəxs 2003-cü il İndoneziya partaxtındakı Marriot mehmanxanasına qarşı hücumda günahlandırılır. Qan Qan adı ilə tanınan 27 yaşlı Rusman qardaşı Hambalini terror hücumu üçün 30 min dollarla təmin etməkdə də günahlandırılıb. 2003-cü il avqust ayında həyata keçirilən terror aksiyası 12 adamın ölümü ilə nəticələnmişdi. Kəşfiyyat ekspertlərinin fikrincə Hambali Cənubi Asiyanın militant qrupu Cemaa İslamiyyəyə başçılıq edir və Əl-Qaidə terror şəbəkəsi ilə bilavasitə əlaqədədir. Keçən il Tailandda həbs edildikdən sonra Hambali Amerikanın nəzarəti altındadır. Lakin onun harada saxlandığı açıqlanmır. Hambalinin qardaşı Qunavan Pakistanın liman şəhəri Kəraçidə, İslam universitetinin bir neçə tələbəsi ilə birgə ələ keçirilmişdi. Prezident Buş Hambalini “dünyanın ən təhlükəli terrorçusu” adlandırmışdı. Hambali həm də Balidə iki il əvvəl 202 adamın ölümü ilə nəticələnən gecə klubu hücumunda da günahlandırılır.

XS
SM
MD
LG