Fələstin Azadlıq Təşkilatının idarə heyəti bu gün Ramallah şəhərində təşkilatın rəhbəri Yasir Ərafatın iştirakı olmadan iclas keçirib. Rəsmilərin dediyinə görə, Qərb Sahilində keçirilən iclasla idarə heyəti fələstinliləri əmin etmək istəyir ki, Ərafat olmadan da Fələstin orqanları normal fəaliyyət göstərə bilirlər. Cümə günü xəstə lider Parisə yola düşüb. Səfərin məqsədi Ərafatın qanında olan pozuntunun mənbəyini aşkar etməkdir. Şaiyələrə görə Ərafat qan xərçənginə tutulub. Cənab Ərafat özünü əvəz edəcək varis müəyyənləşdirməyib. Rəsmilərin dediyinə görə hələlik baş nazir Əhməd Qureya Fələstin İdarəsinin işlərinə rəhbərlik edəcək. Keçmiş baş nazir Mahmud Abbas isə Fələstin Azadlıq Təşkilatına rəhbərlik edəcək.