Accessibility links

Iordaniya məhkəməsi Zərqavi yardımçısına həbs cəzası verib - 2004-10-31


İordaniya məhkəməsi axtarışda olan militant Əbu Musab əl-Zərqavi üçün pul yığmağda günahlandırılan şəxsi 6 aylıq həbsə məhkum edib. Məhkəmənin qənaətinə əsasən Bilal əl-Hiyari əl-Qaida ilə əlaqəsi olan militantın İraqdakı hücumlarını maliyyələşdirib. İttihamçıların dediyinə görə Hiyari 2003-cü ilin İyulunda İraqın Fəllucə şəhərində Zərqavi ilə görüşmüş və sonradan İordaniyaya qayıdaraq edilən hücumlar üçün pul toplamağa başlamışdır. İttihamçılar toplanan pulun miqdarını dəqiq deməsələr də, bu yaxınlarda intiharçı əməliyyatda istifadə edilmiş maşının Hiyari tərəfindən alındığını müəyyən ediblər. Xatırladaq ki, terrorçu dəstəsinə başçılıq edən Zarqavi Birləşmiş Ştatlar koalisiyasına və İraq qüvvələrinə qarşı ölümcül hücumlar təşkil etməkdə günahlandırılır.

XS
SM
MD
LG