Accessibility links

Bu gün neftin bir barelinin qiyməti əlli dollardan aşağı düşmüşdür.  - 2004-11-01


Bu gün neftin bir barelinin qiyməti əlli dollardan aşağı düşmüşdür. Bununla oktyabr ayının əvvəllərindən bəri birinci dəfə olaraq, Nyu York əmtiə birjasında gələcək üçün neft satışlarında qiymət əlli dolların altında olmuşdur. Şərhçilər bunun səbəblərinin müxdəlif olduğunu bildirirlər və onların siyahısına ABŞ bazarında yanacaq ehtiyyatlarının miqdarının artması da daxildir. Bu ilin əvvəllərindən başlamaqla dünyada neft qiymətləri üçdə bir nisbətində artmışdır. Qiymət artışı tələbatın yüksək olması və neft istehsal edən bir neçə ölkədə istehsalla əlaqədar problemlərin baş verməsi ilə əlaqədardır.

XS
SM
MD
LG