Accessibility links

Konqresdə Respublikaçılar əksəriyyət əldə edib - 2004-11-03


Dünən Kongresdə keçirilən seçkilərdə prezident Buşun respublikaçılar partiyası Konqresin hər iki platasında əksəriyyət əldə edib. Demokrat senator Tom Dasçle 50 ildən bəri öz yerinə seçilə biləcək ilk liderdir. O, Cənubi Dakota ştatında respublikaçı rəqibi Con Thuna məğlub olub. Cənab Thun bu gün səhər tezdən partiyasının qələbə əldə etdiyinə görə himayəçilərinə təşəkkürünü bildirib. Respblikaçılar partiyası 100 yerlik senatın 51-yerini qazanıb. Dünən senatın 34-yerinə seçkilər keçirildi. Luiziana ştatının kongressmeni vətəndaş müharibəsindən bəri senatda keçirilən seçkilərdə ştatında qələbə əldə edən ilk kongressmendir. Nümayəndələr palatasının 435 yerinə seçkilər çox gərgin keçmişdir. Respublikaçılar dünənki seçkilərdə Nümayəndələr Palatasında əlavə yerlər əldə ediblər. Nümayəndələr Palatasındakı respublikaçıların lideri, kongressmen Tom Delay partiyasının əksəriyyəti öz əlində saxladığına görə razılığını bildirib. Lakin qeyd edək ki, İllinoys ştatının respublikaçı kongressməni Fil Kran demokrat rəqibi Melissa Beana məğlub olub.

XS
SM
MD
LG