Accessibility links

Özbəkistan müxalifəti parlament seçkilərini baykota çağırır - 2004-11-06


Özbəkistanın müxalifət partiyası Erkin lideri Otanəzər Aripov bü gün Daşkənddə keçirilən mətbuat konfransında dekabrın 26-da keçiriləcək parlament seçkilərinin azad və demokratik olmayacağına görə seçiciləri baykota çağırıb O, müxbirlərə deyib ki, hökumət tərəfdarı olan beş müxalifət partiyaya seçkilərdə iştirakına Özbəkistan prezidenti İslam Kərimovun maraqlarına xidmət etdikləri təqdirdə yol veriləcək. Cənab Aripov ölkədəki siyasi müstəvini “səhra” adlandırıb. İnsan Hüquqları qrupu İslam Kərimov hökumətinin idarə-üsulunu tənqid edərək onu müxalifət qruplarını sıxışdırmaqda və insan hüquqlarını pozmaqda günahlandırıb.

XS
SM
MD
LG