Accessibility links

İ.Əlavi: Fəllucə terrorçulardan təmizlənməlidir - 2004-11-08


İraqın müvəqqəti baş naziri İyad Əlavi Amerika və İraqın hərbi qüvvələrinə Fəllucə şəhərinin terrorçulardan azad edilməsinə sərəncam verib. Baş nazir Bağdadda təşkil etdiyi mətbuat konfransında deyib ki, Fəllucə və Ramadidəki qaiyamçılar məsələnin sülh yollu ilə həll olunması ilə maraqlı deyillər. Bu gün yerli vaxtla səhər saat 6-dan Fəllucə şəhərində komandant saatı tətbiq edilib. Yollar təçili yardım maşınlardan başqa bütün maşınlara bağlanıb. Xəstəxana və yanğınsöndürmə stansiyalarından başqa şəhər idarələri bağlıdır. Cənab Əlavi bildirib ki, ölkənin Suriya və İordaniya ilə sərhədləri möhkəmləndirilib. Bağdadın hava limanı sərnişin təyyarələri üçün 48 saat müddətinə bağlanılıb. 12000-ə yaxın Amerika və İraq əsgəri Fəllucəni mühasirədə saxlayırdı. Əsgərlər şəhərin bir xəstəxanasını və Fərat çayı üzərindəki iki körpünü ələ keçiriblər. Xəstəxanaya reyd nəticəsində 4 əcnəbi daxil olmaqla, 38 nəfər tutulub. Birləşmiş Ştatların komandirləri deyirlər ki, Fəllucəda Saddama sadiq və Əl-Qaidənin müttəfiqi iordaniyalı Musab Əl-Zərqavinin tərəfdarlarından ibarət 6 minə yaxın yaraqlı var.

XS
SM
MD
LG