Senator Con Kerrinin dostları və müşavirlərinin bildirdiyinə görə Demokrat senator 4 il sonra yenidən prezidentliyə namizədliyini irəli sürmək haqda düşünür. Bir müşavirin dediyinə görə cənab Kerri Şənbə günü öz kampaniya işçiləri qarşısında etdiyi son çıxışda Ağ Ev uğrunda yenidən yarışa qatılacağı haqda eyhamlar edib. Tərəfdarların dediyinə görə keçən həftə prezident seçkilərində məğlub olmuş cənab Kerri Demokrat partiyasında aparıcı rolunu saxlamaq fikrindədir. Onların dediyinə görə Con Kerri senat və qubernator yarışlarında Demokrat namizədlər üçün pul yığılmasına xidmət edəcək siyasi hərəkət komitəsi yarada bilər. Qeyd edək ki, keçən əsrdə yalnız bir namizəd -- Adlay Stivenson -- iki dəfə öz partiyasının nomiasiyasını almağa nail olub. Cənab Stivenson hər iki seçkilərdə məğlub olub.