Accessibility links

Yasir Ərafatın ölüm xəbəri təkzib edildi - 2004-11-10


Fələstinin Fransadakı nümayəndəsi xanım Leyla Şəhid Yasir Ərafatın vəfatı xəbərini təkzib edərək onun sağ və taleyinin Allahın əlində olduğunu bildirib. Xanım Leyla Şəhid deyib ki, Fransa həkimləri cənab Ərafatın sağalması üçün əllərindən gələni edirlər. O, həmçinin bildirib ki, yəhudilər və xristianlar can verən bir xəstənin yanına ravin və keşiş çağıran kimi, ruhani Şeyx Tamimi də xəstəxanada, Yasir Ərafatın yanındadır. Şeyx Tamimi bu gün Ərafatın çarpayısı yanında Qurani Kərimdən bir sürə oxuyub. O, cənab Ərafatın vəziyyətinin çox ağır olduğunu bildirib. Lakin o deyib ki, cənab Ərafat hələ də sağdır. Ramallahda Fələstinin rəsmi şəxsləri cənab Ərafatın dəfn mərasimini müzakirə ediblər. Misrin rəsmiləri prezident Hüsnü Mübarəkin cənab Ərafatın matəm mərasiminin Qahirədə təşkil edilməsini təklif etdiyini bildiriblər. İsrail rəsmiləri isə deyirlər ki, baş nazir Ariel Şaron cənab Ərafatın Ramallah şəhərində dəfn edilməsinə razılıq verib.

XS
SM
MD
LG