Accessibility links

Ukraynanın müxalifət namizədi daha artıq səs əldə edib - 2004-11-10


Ukraynanın seçki komissiyasının bildirdiyinə görə, müxalif namizəd Viktor Yuşçenko seçkilərin birinci mərhələsində çox sayda səs toplayıb. Beləliklə cənab Yuşçenkonun əldə etdiyi səs faizi 39.87 təşkil edir. Bu isə onun rəqibi baş nazir Viktor Yanukoviçin topladığı səslərdən artıqdır. Namizədlərin elektoratın kifayət qədər səsi, yəni 50 faizdən artığını əldə etmədiyinə görə seçkilərin ikinci raundu noyabr ayının 21-də təşkil ediləcək. Müxalifət üzvləri seçkilərin birinci raundunda yol verilən saxtakarlıqlara görə seçki nümayəndələrini ittiham etmişdilər.

XS
SM
MD
LG