Accessibility links

Azərbaycanda konstitusiya günü qeyd olunur - 2004-11-12


Azərbaycan konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul olunub. Konstitusiyaya 2002-ci il avqusutn 24-də bir sıra əlavə və dəyişikliklər edilib. Sənədə görə, hakimiyyəti xalq formalaşdırır. Prezident İlham Əliyev konstitusiya günü münasibəti ilə xalqı təbrik edib. Təbrikdə deyilir ki, konstitusiyanın tələblərinə uyğun olaraq dövlət idaretmə sistemi daim təkmilləşdirilir, vətəndaş cəmiyyətinin bərqərar olması üçün mühüm addımlar atılır, demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları real məzmun kəsb edir, insan hüquqlarının müdafiəsinin milli mexanizmləri formalaşır.

XS
SM
MD
LG