Accessibility links

Dünya müsəlmanları Ramazan bayramını qeyd edirlər - 2004-11-13


Yaxın Şərqda yaşayan müsəlmanlar müqəddəs Ramazan ayının sona yetməsi münasibəti ilə üç günlük Eyd-əl-Fitr bayramını qeyd edirlər. Səudiyyə Ərəbistanı və Fars Körfəzindəki qonşu ölkələrdə bayram məclisləri bu gün başlayır. Ramazan ayı müddətində dan yeri açılandan gün batana kimi tutulan oruc həmçinin Fələstin və Sudanda da başa çatıb. Misirdə, İordaniyada, Livanda və Suriyada isə Eyd məclisləri bazar günü başlayacaq. Bu arada verilən xəbərlərə görə Hollandiyanın cənubunda İslam dini ocaqlarına edilən hücumlar seriyasında daha bir məscid yanğına məruz qalıb. İslamı qadınların əzilməsində günahlandıran film rejissoru Teo Van Qoqun müsəlman ekstremisti tərəfindən qətlə yetirilməsindən sonra həmin ölkədə məscidlərə qarşı hücumlar vüsət almışdır.

XS
SM
MD
LG