Fələstin rəsmiləri Yasir Ərafatın varisinin yanvar ayının 9-da təşkil ediləcək seçkilərdə müəyyən ediləcəyini bildirirlər. Prezident vəzifəsini müvəqqəti icra edən Ravhi Fattou bu gün bildirib ki, namizədlərin nominasiyası noyabr ayının 20-dən başlayacaq. Fətah fraksiyasının Fələstin Azadlıq Təşkilatının Yasir Ərafatdan sonrakı sədri Mahmud Abbasın namizədliyini irəli sürəcəyi gözlənilir. Fələstinli şahidlərin dediyinə görə keçmiş baş nazir Mahmud Abbasa qarşı bu gün sui-qəsd cəhdi edilib. Cənab Abbasın mühafizi onu itələmiş və hücumçuları atəşə tutmuşdu. Atışma zamanı təhlükəszlik işçilərindən biri həlak olmuş, 4 nəfər yaralanmışdır. Mahmud Abbas heç bir xəsarət almamışdır.