Accessibility links

Fəllucədə 1200 yaraqlı öldürülüb - 2004-11-14


Fəllucədə Birləşmiş Ştatlar və İraqın hərbi qüvvələri ilə yaraqlılar arasında döyüşlər davam edir. ABŞ dəniz qüvvələrinin general-mayoru Riçard Natonskinin bildirdiyinə görə, koalisiya qüvvələri tərəfindən 1200 yaraqlı öldürülmüş və döyüşlərin daha bir neçə gün davam edəcəyi təxmin edilir. Assoşieyted Press Amerika generalına istinadən bildirib ki, döyüşlər zamanı 31 Amerika və 6 İraq əsgəri həlak olub. Mülki vətəndaşların tələfatı barədə məlumat verilməyib. Fəllucənin əksər hissəsi koalisya qüvvələrinin nəzarətində olsa da, şəhərin cənub bölgəsində yaraqlıların müqavimətinə son qoyulmayıb.

XS
SM
MD
LG