Accessibility links

Fransa Yasir Ərafatın zəhərləndiyi haqda iddianı rədd edir - 2004-11-14


Ərəb dünyasında Fələstin liderinin zəhərləndiyi haqda dolaşan şaiyələrə cavab olaraq Fransa səhiyyə naziri bildirib ki, Yasir Ərafatın zəhərlənmədən ölməsi ilə bağlı heç bir sübut yoxdur. Filipp Dust öz müsahibəsində cənab Ərafatın tibbi sənədlərini görmədiyini desə də, əlavə edib ki, Fələstin liderinin zəhərləndiyindən xəbəri yoxdur. Şənbə günü Fələstinin Parisdəki nümayəndəsi Leyla Şahid cənab Ərafatın zəhərlənməsi ehtimalı haqda söz açmışdı. Lakin o, bu haqda sübutun olmadığını demişdi. Nə Fələstin rəsmiləri, nə də Fransız tibbi heyəti Yasir Ərafatın ölüm səbəbini açıqlamamışlar. Fələstin militant qrupu Hamas İsraili cənab Ərafatı zəhərləməkdə ittiham edib. İsrail rəsmilər bunu qəti şəkildə rədd edirlər.

XS
SM
MD
LG