Ukrayna prezidentliyinə namizədlər Viktor Yuşşenko və Viktor Yanukoviç bu gün milli televiziya ilə debatlar keçirir. İki saat sürən debatlar daban-dabana gedən namizədlərin noyabr ayının 21-i keçiriləcək seçkilərin ikinci turundan əvvəl yeganə şanslarıdır. Keçən həftə Seçki Komissyası müxalifət namizəd Yuşşenkonun seçkilərin birinci mərhələsində qələbə əldə etdiyini bildirmişdi.