Accessibility links

Y.Ərafatın xəstəlik tarixi ailəsinə veriləcək - 2004-11-16


Fransanın bildirdiyinə görə, Yasir Ərafatın xəstəlik tarixi açıqlanmadan onun ailəsinə veriləcək. Bu gün Parisdəki çıxışı zamanı Fransanın xarici işlər naziri Mişel Barnier Fransa qanunlarına əsasən bu kimi məlumatların yalnız ailə üzvlərinə verilə biləcəyini deyib. Cümə axşamı günü Fələstin lideri Paris yaxınlığındakı xəstəxanada dünyasını dəyişmişdi. Bazar ertəsi isə Fələstinin müvəqqəti baş naziri Yasir Ərafatın ölümünə səbəb olan xəstəliklə bağlı məlumat verilməsini tələb etmişdi. Bu tələb cənab Ərafatın İsrail tərəfindən zəhərləndirilərək, öldürüldüyünə dair şaiyələrə son qoyulması məqsədi daşıyır.

XS
SM
MD
LG